top of page
Рисунок1.png

FİLOLOGİYA VƏ
PEDAQOGİKA:

ELMİ ARAŞDIRMALAR

Məqalə təqdimatı qaydaları

Məqalənin tərtib edilmə qaydaları

1. Təqdim edilən məqalələr Azərbaycan Respublikasının Prezidenti yannda Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlərin qarşısında qoyduğu tələblərə cavab verməlidir:


− Məqalənin tam mətni Microsoft Word proqramında A4 formatda (210-297), Times New Roman əlifbasında, 12 pt. ölçü 1.15 intervalla yazılmalı, həcmi 5-13 səhifə olmalıdır;
− səhifə ölçüləri soldan, yuxarıdan və aşağıdan 25 mm, sağdan 20 mm olmalıdır;
− Başlıq ortada qara və böyük hərflərlə yazılmalı, başlıqdan sonra müəllifin
adı, ata adı, soyadı, elmi dərəcəsi, işlədiyi qurumun adı, ORCİD kodu və elektron poçt ünvanı yazılmalıdır.
− Xülasə (70-100 sözdən ibarət) və açar sözlər (5-7 söz) 3 dildə məqalənin məzmununa uyğun və bir-birinin eyni olmalıdır;

− İstinadlar məqalınin mövzusu ilə bağlı elmi mənbələrə əsaslanmalı, məqalənin içində [Hüseynova, 2020:171] verilməli, sonda əlifba ardıcıllığı ilə nömrələnməlidir.


2. İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən (monoqrafiya, dərslik, metodik vəsait, konfrans yaxud simpozium materialı, məqalə, internet səhifəsi və s.) asılı olaraq nümunədə göstərilən kimi verilməlidir:


− Kitablara istinad: Hüseynova Mahirə (2020). Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası. – Bakı: ADPU nəşriyyatı.− 600 s.
− Jurnallara istinad: Hüseynoğlu Soltan (2023). Təlim texnologiyası – keys- metod. // “Azərbaycan dili və ədəbiyyat tədrisi”, №3. – Bakı: “Ecoprint. – s.23-37.
− Toplularda (konfrans, sipozium, kollektiv monoqrafiya və s.) istinad: Şeydayeva Aysel (2023). İnsana aid hisslərin bədii ifadəsi Bəxtiyar Vahabzadə poeziyasında əsas amil kimi: ağ saçlar, qara saçlar. / V Bəxtiyar Vahabzadə Türk Dünyası Tarix, Mədəniyyət və Ədəbiyyat kongresi, 16-17 avqust. – Bakı, s.27.
− İnternet səhifələri: UNESCO (2013). World Heritage list. http://whc.unesco.org/en/list

ia.png

PREZİDENT

İLHAM

ƏLİYEV

ma.png

I VITSE-PREZİDENT

MEHRİBAN

ƏLİYEVA

bottom of page